Nazarovun son oyunları buraxmasının səbəbi bəlli oldu

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun Almaniyanın “Ersgebirge” klubunun son oyunlarında iştirak etməməsinin səbəbi müəyyənləşib.

Komanda.az xəbər verir ki, buna 30 yaşlı yarımmüdafiəçinin səhhətində problem yaranması səbəb göstərilir.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Lakin təcrübəli oyunçunun sıraya nə vaxt qayıdacağı açıqlanmayıb.

Qeyd edək ki, Nazarov son olaraq ikinci Bundesliqanın 2-ci turu çərçivəsində “Haydenhaym”la oyunda meydana çıxıb. Yarımmüdafiəçi ondan sonrakı üç qarşılaşmada komandasına kömək edə bilməyib.

Aue təmsilçisi hazırda 7 xalla 6-cı pillədə qərarlaşıb.