Nazarovun komandasından qələbə

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Aue təmsilçisi Danimarkanın birinci divizionunda çıxış edən “Frederisiya” klubu ilə qarşılaşıb. Oyun “Erzgebirge”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Almaniya təmsilçisi hər iki qolu Nazarov meydana çıxdıqdan sonra vurub.