Nazarovun komandası baş məşqçisiz qaldı

Almaniyanın “Ersgebirge” klubu baş məşqçisi Daniel Meyeri istefaya göndərib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi komanda baş məşqçisi ilə vidalaşmağa qərar verib. Bu barədə Aue klubunun rəsmi saytı məlumat yayıb.

40 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Onun köməkçisi olan qardaşı Andre Meyer də komandadan göndərilib.

Qeyd edək ki, Daniel Meyer 2018-ci ilin iyunundan “Ersgebirge”yə rəhbərlik edirdi. “Ersgebirge” hazırda Almaniyanın ikinci Bundesliqasında 19 xalla 4-cü pillədə qərarlaşıb.