Nazarova qol vurmaq üçün 2 dəqiqə bəs etdi

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Darmştadt” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Nazarov da bu matçın iştirakçısı olub. O, 90+1-ci dəqiqədə meydana buraxılıb. Bundan iki dəqiqə sonra isə o, komandasının sonuncu qoluna imza atıb.

8 turdan sonra 12 xala malik “Ersgebirge” 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.