Nazarov yenə qol vurdu, komandası qalib gəldi

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 2-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Vehen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.

Nazarov da bu matçın iştirakçısı olub. Millimizin futbolçusu start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib.

Komandasının ikinci qolunu da Nazarov vurub. O, 35-ci dəqiqədə uzaqdan dəqiq zərbə ilə hesabı 2:0 edib. Bundan 5 dəqiqə sonra isə o, sarı vərəqə ilə cəzalanıb.

İki turdan sonra maksimum nəticəyə malik “Ersgebirge” zirvəyə şərikdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button