Nazarov üçün 80 dəqiqə və 1 xal

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 13-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə “Karlsrue” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Nazarov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin futbolçusu 80-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 5 qola imza atan Dmitri bu oyunda fərqlənə bilməyib.

13 turdan sonra 20 xala malik “Ersgebirge” 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.