Nazarov üçün 66 dəqiqə və 3 xal

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 6-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Osnabryuk” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Nazarov da bu matçın iştirakçısı olub. Millimizin futbolçusu start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib.

6 turdan sonra 11 xala malik “Ersgebirge” 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.