Nazarov penaltini boşa verdi

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 5-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə “Holştayn Kil” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Nazarov da bu matçın iştirakçısı olub. Millimizin futbolçusu start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib. Cari mövsümdə iki qol vurmuş Dmitri bu oyunda fərqlənmək üçün əla şans əldə edib. Amma o, 54-cü dəqiqədə penaltini boşa verib. Futbolçumuzun zərbəsini rəqib qolkiper dəf edib.

5 turdan sonra 8 xala malik “Ersgebirge” 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button