Nazarov oynadı, komandası qalib gəldi

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Boxum”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib.

22 turdan sonra 32 xala malik “Ersgebirge” 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.