Nazarov mövsümün son matçında 90 dəqiqə oynadı

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 2019/20 mövsümünə yekun vurulub.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də mövsümün sonuncu matçına çıxıb.

Aue təmsilçisi 34-cü tur çərçivəsində səfərdə “Regensburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Nazarov da bu görüşün iştirakçısı olub. Start heyətində meydana çıxan millimizin üzvü 90-cı dəqiqədə əvəzlənib. Cari mövsümdə 10 qola imza atan Nazarov bu dəfə fərqlənə bilməyib.

34 oyuna 47 xal toplayan “Ersgebirge” mövsümü 18 kollektiv arasında 7-ci pillədə başa vurub.