Nazarov ehtiyatda qaldı, komandası 5 qola üzüldü

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 26-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Holştayn”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:5.

Nazarov bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Ersgebirge” hazırda 32 xalla 18 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.