Nazarov Bundesliqa klubuna qol vurdu

Almaniyanın “Ersgebirge” klubu növbəti mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu 2-ci Bundesliqa təmsilçisi Almaniyanın elita təmsilçisi “Herta” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.

Nazarov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü 62-ci dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunu da 41-ci dəqiqədə Dmitri vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button