Naxçıvanda Region Liqasının püşkü atıldı

Region Liqasının 2019/2020-ci il mövsümünün Naxçıvan Muxtar Respublikası üzrə püşkü atılıb.

Komanda.az xəbər verir ki, mövsümün ilk oyunları noyabrın 2-də və 3-də keçiriləcək.

Mərkəz zonasının oyunları 3, Qərb zonasının görüşləri isə 5 dövrədən ibarət olacaq.

Turnirin iştirakçı komandalarının zonalar üzrə bölgüsünü və püşkün nəticəsinə uyğun olaraq, birinci turda keçiriləcək oyunların siyahısını diqqətinizə çatdırırıq:

Mərkəz
“Araz” (Naxçıvan)
“Dübəndi” (Ordubad)
“Əlincə” (Culfa)
“Batabat” (Şahbuz)
“Babək”

1-ci turun oyunları
“Əlincə” (Culfa) – “Batabat” (Şahbuz)
“Dübəndi” (Ordubad) – “Babək”

Qərb
“Arpaçay” (Şərur)
“Naxçıvan Dövlət Universiteti”
“Kəngərli”
“Sədərək”

1-ci turun oyunları
“Kəngərli” – “Sədərək”
“Naxçıvan Dövlət Universiteti” – “Şərur”