“Onun zamanla daha yaxşı olacağını bilirəm” – Zidan

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan komandanın hücumçusu Eden Hazardla bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, göstərdiyi oyuna görə tənqid olunan belçikalı futbolçu haqqında danışan Zidan, ona inandığını bildirib:

“Hazardın “Real”da uğurlu olacağını bilirəm. Ondan nə istədiyimizi bilirik və Hazardın səviyyəsinə bələdik. Bu vəziyyətdə hamımız sakit olmalıyıq. Onun hələ də zamana ehtiyacı var, buna görə də, narahat olmuram.

Mənim də “Real”dakı karyeram yaxşı başlamamışdı. Buna görə də, Hazardla bağlı çox sakitəm. Onun zamanla daha yaxşı olacağını bilirəm. Azarkeşlər də onu dəstəkləməlidir”.

Yay transfer dövründə “Çelsi”dən 100 milyon avro qarşılığında heyətə qatılan Hazard, “Real”da iştirak etdiyi 4 oyunda qol hesabını aça bilməyib.