“O zaman kimin səhv etdiyini biləcəyik” – “Napoli”nin prezidenti

“Napoli”nin prezidenti Aurelio de Laurentis bir müddət əvvəl baş məşqçi postundan göndərilən Karlo Ançelotti haqda fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Laurentis, Ançelotti haqda bunları deyib:

“Ançelotti üçün sadəcə ən yaxşısını arzu edirəm. O, çox peşəkar biridir və yaxşı dostdur.

Mövsümün sonunda nəyin düz getmədiyini görəcəyik. O zaman kimin səhv etdiyini biləcəyik”.

Karlo Ançelotti ilə yollarını ayıran “Napoli” baş məşqçi postuna Cennaro Qattuzonu gətirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button