“Napoli”nin müdafiəçisi əməliyyat olundu

“Napoli”nin zədəli futbolçusu Raul Albiolun durumuna aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, 33 yaşlı müdafiəçi əməliyyat olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, ispan müdafiəçinin dizindən əməliyyat olunduğu bildirilib.

Albiolun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Raul bu mövsüm 22 qarşılaşmada iştirak edib.