“Real” ona 42 milyon avro qiymət qoyub

İspaniyanın “Real” klubu son 2 mövsümü icarə əsasında “Bavariya”da keçirən futbolçusu Xames Rodriqesin transfer qiymətini müəyyənləşdirib.

Komanda.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, “kral klubu”, “Napoli”nin transfer hədəfində olan kolumbiyalı futbolçuya 42 milyon avro qiymət qoyub.

“Napoli”nin baş məşqçisi Karlo Ançelottinin Münhen təmsilçisi ilə icarə müqaviləsi bitən futbolçunu komandasının heyətində görmək istədiyi və Xamesin Neapol klubunun bir nömrəli hədəfi olduğu bildirilir.

“Real”ın 2014-cü ildə 75 milyon avro müqabilində “Monako”dan transfer etdiyi 27 yaşlı futbolçu, 2017-ci ildən “Bavariya”da çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button