“Napoli”nin 2 futbolçusu koronavirusdan sağaldı

“Napoli”nin iki futbolçusu – Xalidu Kulibali və Fauzi Qulam koronavirusa qalib gəlib.

Komanda.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçunun son koronavirus testi mənfi çıxıb.

Qulam və Kulibalinin fevralın 5-də verdiyi koronavirus testinin nəticəsi müsbət olmuşdu.