Albiol İspaniyaya qayıdır

“Napoli”nin futbolçusu Raul Albiol karyerasını İspaniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, ispan müdafiəçi “Vilyarreal” klubu ilə razılaşıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Vilyarreal” 33 yaşlı müdafiəçi üçün “Napoli”yə 4 milyon avro ödəyəcək.

Albiol 2009-2013-cü illər aralığında “Real”da forma geyinib. 52 dəfə də İspaniya millisində çıxış edən futbolçu, 2013-cü ildən “Napoli”də forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button