İnsinye “İnter”ə keçir?

“Napoli”nin futbolçusu Lorenso İnsinye qışda klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, İnsinyenin meneceri Vinçenso Pisakanenin “İnter”in nümayəndələri ilə görüşdüyü bildirilib.

2009-cu ildən “Napoli”də çıxış edən İnsinyenin klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir.