“Onun üçün daha yaxşı oyun göstərmək istədik” – İnsinye

“Napoli”nin futbolçusu Lorenso İnsinye İtaliya A Seriyasının 9-cu turu çərçivəsində “Roma”ya qarşı keçirdikləri oyundan sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, italyan hücumçu, 4:0 hesabıyla qazandıqları qələbəni bir neçə gün əvvəl vəfat edən Dieqo Maradonaya həsr etdiklərini deyib:

“Oyundan əvvəlki atmosfer bizə xüsusi motivasiya verdi. İdealımız olan Maradonaya hörmətlərimizi göstərmək istədik. Ölümü bizim üçün ağırdır və onun üçün daha yaxşı oyun göstərmək istədik.

Ümid edirəm ki, bu qələbə bizim üçün bir başlanğıc olar. Belə oynayacağımız halda, istənilən rəqibə problem yarada bilərik. Eynu ruhla davam etsək, daha böyük nailiyyətlər əldə edəcəyimizə inanıram”.