Qattuzodan nümunəvi addım

“Napoli”nin baş məşqçisi Cennaro Qattuzo koronavirusa görə bir aylıq məvacibindən imtina edib.

Komanda.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb. Qattuzo könüllü olaraq maaşından imtina edib. Onunla yanaşı, klubun idman direktoru Kristiano Cuntoli də bir aylıq maaşından imtina edib.

“Napoli” koronavirusa görə 30 əməkdaşını məzuniyyətə göndərib. Klub rəhbərliyi futbolçuların da məvaciblərinin bir hissəsini azaltmaq üçün danışıqlar aparır.