“Messini dayandırmaq? Ya yuxumda, ya da oğlumun “playstation”unda” – Qattuzo

“Napoli”nin baş məşqçisi Cennaro Qattuzo Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” ilə cavab matçında Lionel Messini necə dayandıracaqlarıyla bağlı maraqlı fikir səsləndirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Qattuzo, “Messini necə dayandırdacaqsız” sualına belə cavab verib:

“Messini dayandırmaq? Ya yuxumda, ya da oğlumun “playstation”unda. Bir ehtimal da var – “Milan”dakı Qattuzonu geri qaytarmaq”.

“Barselona” – “Napoli” matçı avqustun 8-də keçiriləcək. Komandalar arasındakı ilk oyun qollu bərabərliklə bitib – 1:1.