“Napoli”nin arzusu reallaşmadı

“Napoli” klubu İtaliya superkubokunun təxirə salınmasını istəyir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Neapol klubunun prezidenti Aurelio de Laurentis bu məqsədlə yerli futbol federasiyasına müraciət ünvanlayıb. O, təqvimin sıx olması və oyunların azarkeşsiz keçirilməsi səbəbiylə “Yuventus”la matçın təxirə salınmasını istəyib. Oyunun cari mövsümün sonlarına doğru keçirilməsi təklif edilib. Lakin prezidentin bu müraciəti rədd edilib.

Həlledici oyunun bu ayın 20-də keçirilməsi planlaşdırılır.