“Napoli”dən futbolçusuna yeni müqavilə təklifi – 2025-ci ilədək

“Napoli” futbolçusu Fabian Ruislə bağlı qərarını verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Neapol klubu 24 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif edəcək. Müqavilənin 2025-ci ilədək nəzərdə tutulduğu bildirilir. Ruis yeni müqaviləyə razılıq versə, “Napoli”də illik 3,2 milyon avro qazanacaq.

2018-ci ildən “Napoli”də çıxış edən ispan futbolçunun klubla hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır. Onun adı “Real” və “Mançester Siti” ilə yanaşı çəkilir.       

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button