“Napoli” onun üçün 70 milyon avro ödəməyə hazırdır

Almaniyanın “Leyptsiq” klubunun forvardı Timo Verner karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az “Radio Marte”yə istinadən xəbər verir ki, almaniyalı futbolçu “Napoli”nin transfer hədəfindədir. Neapol təmsilçisinin 23 yaşlı futbolçu üçün Almaniya klubuna 70 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Bir müddət əvvəl “Bavariya” da Verner üçün hərəkətə keçmiş, amma münhenlilərin bu cəhdi uğursuz nəticələnmişdi.

“Ştutqart”ın yetirməsi olan Verner, son mövsümdə iştirak etdiyi 37 oyunda 19 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqavilsi 2020-ci ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button