“Napoli”ni “Udineze”yə dəyişdi

İtaliyanın “Napoli” klubunun futbolçusu Fernando Llorente karyerasını A Seriyasının digər klubunda davam etdirəcək.

Komanda.az xəbər verir ki, 36 yaşlı futbolçu “Udineze”yə transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı hücumçuyla 2022-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb. O, yeni klubunda 32 nömrəli forma geyinəcək.