“Napoli”dəki karyeramı müzakirə etmək istəmirəm” – Ançelotti

Bir müddət əvvəl “Napoli”dən ayrılan və hazırda “Everton”u çalışdıran Karlo Ançelotti açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, italiyalı mütəxəssis, Neapol klubundan ayrılması haqqında danışıb:

“Hazırda işlərim yaxşı gedir. “Napoli”dən ayrıldıqdan sonra hər şeyə yenidən başlamağıma ehtiyac qalmadı. Orda özümü yaxşı hiss edirdim. Futbolda işiniz nəticələrə görə dəyərləndirilir. Ayrılıq qərarı qarşılıqlı razılıq əsasında qəbul edildi və doğru addım oldu. Artıq özümü daha yaxşı hiss edirəm, “Napoli” də daha yaxşıdır. “Napoli”dəki karyeramı müzakirə etmək istəmirəm. “Napoli”də möhtəşəm təcrübə yaşadım”.

60 yaşlı mütəxəssis 2018-2019-cu illərdə “Napoli”ni çalışdırıb.