“Napoli”də ciddi itki

İtaliya A Seriyasının 29-cu turu çərçivəsində “Atalanta”ya 0:2 hesabıyla məğlub olan “Napoli” ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Neapol klubunun qapıçısı David Ospina ciddi zədə alıb. Oyunun 30-cu dəqiqəsində başından zədə alan qapıçı, görüşü davam etdirə bilməyib və meydanı xərəkdə tərk edib. Onu komandanın digər qapıçısı Aleks Meret əvəzləyib.

Ospinanın A Seriyasının növbəti turunda keçiriləcək “Roma” ilə oyunda iştirakı şübhə altındadır.

“Napoli” – “Roma” görüşü iyulun 5-də keçiriləcək.