“Napoli”də ciddi itki

İtaliya A Seriyasının 16-cı turu çərçivəsində “Parma”ya 1:2 hesabı ilə məğlub olan “Napoli” ciddi itki ilə üzləşib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Neapol klubunun müdafiəçisi Xalidu Kulibali zədələnib. Oyunun 5-ci dəqiqəsində zədələnərək, meydanı erkən tərk edən futbolçunun sağ budundan xəsarət aldığı bildirilir. Onun ilin son oyununda – “Sassuolo” ilə matçda iştirak etməyəcəyi gözlənilir.

Futbolçunun dəqiq vəziyyəti tibbi müayinədən sonra müəyyənləşəcək.