“Napoli”də Qattuzoyla bağlı qərar verildi

“Napoli”də baş məşqçi Cennaro Qattuzonun taleyi məlum olub.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi italyan mütəxəssisin müqaviləsinin müddətini artırmaq niyyətindədir. Bu barədə “Napoli”nin idman direktoru Kristiano Cuntoli yerli mətbuata açıqlamasında deyib:

“Biz Qattuzonun meydanda və meydandan kənar işindən razıyıq. O, bizə çox həssas bir zamanda gəldi və dəstəyini göstərdi. Cennaro burda qalır və onunla yeni müqavilə imzalaya bilərik”.