“Napoli”də 3 aylıq itki

İtaliyanın “Napoli” komandasının hücumçusu Viktor Osimhen əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Üz sümüklərinin çoxsaylı sınığı səbəbindən əməliyyata məruz qalan futbolçunun hazırda özünü yaxşı hiss etdiyi bildirilir. Lakin nigeriyalı hücumçu daha bir neçə gün həkim nəzarət altında qalacaq.

Xatırladaq ki, Osimhen A Seriyasının 13-cü turu çərçivəsində “İnter”ə 2:3 hesabı ilə uduzduqları oyunda rəqib komandanın müdafiəçisi Milan Skriniarla toqquşma nəticəsində zədələnib. 23 yaşlı forvardın bu üzdən təqribən 3 ay yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur.

Osimhen cari mövsümdə meydana çıxdığı 14 matçda 9 qola imza atıb və “Napoli”nin ən sərrast futbolçusudur.