“Napoli” Simeone üçün danışıq aparır

“Napoli” “Verona”nın hücumçusu Covanni Simeoneni transfer etməyi planlaşdırır.

Komanda.az xəbər verir ki, neapollular 27 yaşlı argentinalının sonradan satınalma şərtiylə, icarəyə götürülməsi ilə bağlı danışıqların son mərhələsindədir.

Futbolçu “Napoli” ilə 2027-ci ilə qədər nəzərdə tutulan, illik 1,7 milyon avro maaşla müqavilə imzalayacaq.

Simeone ötən mövsüm “Verona”nın heyətində 36 oyunda 17 qol vurub və 6 məhsuldar ötürmə verib. O, “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğludur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button