“Napoli” ukraynalı qapıçını yenə icarəyə verdi

İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası klubu ukraynalı qapıçı Nikita Kontini, fransalı müdafiəçi Maksim Leverbe və venesuelalı yarımmüdafiəçi Telasko Seqoviyanı heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Seqoviya Venesuelanın “Deportivo Lara” klubundan birdəfəlik transfer olunub. İtaliya klubu azad agent kimi heyətinə qatdığı 19 yaşlı oyunçuya görə heç bir təzminat ödəməyib. Yarımmüdafiəçi yetirməsi olduğu “Deportivo Lara”da 2019-cu ildən əsas komandanın uğurları üçün çalışırdı. O, bu il Venesuelanın əsas yığmasında da debüt edib.

Nikita Kontini “Napoli”dən, Maksim Leverbe isə “Piza”dan icarəyə götürüülb. Hər iki oyunçu 2022/23 mövsümünün sonuna kimi “Sampdoriya”da forma geyinəcək.

Kontini “Napoli”nin öz yetriməsidir. O, 2008-ci ildən bu klubdadır. Lakin Neapol təmsilçisi 26 yaşlı qolkiperə indiyə qədər əsas komandada oynamaq şansı yaratmayıb. Əvəzində o, SPAL, “Karrareze”, “Taranto”, “Pontedera”, “Syena”, “Virtus Entella”, “Krotone” və “Viçensta” kimi klublara icarəyə verilib.

Maksim Leverbe 2021-ci ildən “Piza”da çıxış edirdi. “Ayaçço”nun yetirməsi olan 25 yaşlı müdafiəçi, 2017-2019-cu illər aralığında da “Sampdoriya”da olub. Lakin həmin vaxt o, əsas komandada özünə yer edə bilmədiyi üçün “Olbia” və “Kalyari”yə icarəyə verilib. Fransalı futbolçu “Piza”dan öncə iki mövsüm “Kyevo”nun da uğurları üçün çalışıb.

“Sampdoriya” öz hücumçusu Ernesto Torreqrossanı da “Piza”ya icarəyə verib. 30 yaşlı italyan forvard 2021-ci ildən bu klubda çıxış edirdi. O, bu ilin yanvarında da “Piza”ya icarəyə verilmişdi. Təcrübəli hücumçu əvvəllər “Verona”, “Sirakusa”, “Monza”, “Komo”, “Lumezzane”, “Krotone”, “Trapani” və “Breşiya”nın da uğurları üçün çalışıb.

Genuya təmsilçisi digər oyunçularından Antonino La Quminanı (26 yaşlı hücumçu) “Benevento”ya, Marko Sommanı (20 yaşlı sağ cinah müdafiəçisi) “Pontedera”ya, Matteo Stoppanı (21 yaşlı hücumçu) da “Palermo”ya icarəyə verib. 23 yaşlı müdafiəçi Tommazo Farabeqoli isə “Sanjuliano” klubuna birdəfəlik transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button