“Niyə “Bavariya” Xamesi icarəyə götürə bilir, amma biz yox?” – Klub prezidenti

İtaliyanin “Napoli” klubunun prezidenti Aurelio de Laurentis transferlərlə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, “Fənərbaxça”dan Elif Elmas və “Real”dan Xames Rodriqesin transfer olunması ehtimalları ilə bağlı açıqlama verib:

“Elif Elmasın transferi böyük ölçüdə həll olunub, sadəcə kiçik detallar qalıb. Bütün məsələlər bu həftə içində bitəcək və transferi açıqlayacağıq.

Xames Rodriqesə gəlincə, mən başa düşə bilmirəm ki, niyə gəlirləri bizdən üç dəfə artıq olan “Bavariya” Xamesi icarəyə götürə bilir, amma biz yox? 42 milyon avro ödəməmişdən əvvəl onun baş məşqçimiz Karlo Ançelotti ilə dialoqunu görmək istəyirəm”.