Ospinanın taleyi Meretdən asılıdır

“Napoli”nin qapıçısı David Ospina klubla müqaviləsini uzada bilər.

Komanda.az “Tutto Napoli”-yə istinadən xəbər verir ki, kolumbiyalı futbolçunun “Napoli”dəki gələcəyi bu yay komandadan ayrıla biləcək digər qapıçı Aleks Meretdən asılıdır. Meret gedərsə, Neapol klubu Ospinaya yeni müqavilə təklif edəcək.

33 yaşlı futbolçu 2019-cu ilin iyulunda “Arsenal”dan Neapol klubuna keçib. Onun hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button