“Napoli” – “Liverpul” matçından əvvəl döyüldülər

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən “Napoli” – “Liverpul” matçından əvvəl iki ingilis azarkeş döyülüb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Neapol şəhərində 26 və 46 yaşlarında olan iki “Liverpul”lu azarkeş bir qrup şəxs tərəfindən hücuma məruz qalıb. Hadisə nəticəsində yüngül zədələr alan yaralılar ilkin tibbi yardım aldıqdan sonra stadiona gedərək, qarşılaşmanı canlı izləyiblər.

“Napoli” “Liverpul”u 2:0 hesabıyla məğlub edib.