Nigeriyalı hücumçu “Napoli”yə “yox” dedi

“Napoli” “Lill”dən Viktor Osimheni transfer etmək istəyir.

Komanda.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. “Napoli” 21 yaşlı hücumçu üçün rəsmi təklif göndərib. Ancaq Osimhen italyanların təklifinə “yox” deyib.

“Lill” klubu ilə 2024-cü ilin yayına qədər müqaviləsi olan hücumçuyla “Çelsi” və “Mançester Yunayted” də maraqlanır.