Meksika millisinin üzvü rəsmən “Napoli”də

“Napoli” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi PSV-dən İrvinq Lozanonu transfer eib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

“Napoli” Meksika millisinin də formasını geyinən Lozano üçün PSV-yə 40 milyon avro ödəyəcək.