Romada 6 qolluq heç-heçə

İtaliya A Seriyasında 37-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.

“Udineze” SPAL-ı məğlub yola salıb. “Cenoa” – “Kalyari” matçı heç-heçə yekunlaşıb. “Roma” isə səfərdə “Sassuolo” ilə qolsuz heç-heçəyə razılaşıb.

Mövsümün çempionu “Yuventus” “Atalanta”nı sınağa çəkib. Qarşılaşma heç-heçə yekunlaşıb. “Milan” autsayder “Frozinone”ni qəbul edib və inamlı qələbə qazanıb.

Turun mərkəzi görüşündə “Napoli” “İnter”lə münasibətlərinə aydınlıq gətirib. Neapollular bu qarşılaşmada darmadağına seviniblər.

Son oyun günündə bir görüş baş tutub. “Latsio” doğma meydanda “Bolonya” ilə üz-üzə gəlib. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

İtaliya A Seriyası, 37-ci tur

18 may

Udineze – SPAL 3:2
Qol
: Samir, 5. Okaka, 31; 35 – Petanya, 53. Valoti, 59.

Cenoa – Kalyari 1:1
Qol
: Krişito, 89-pen – Pavoletti, 40.

Sassuolo – Roma 0:0

19 may

Kyevo – Sampdoriya 0:0

Empoli – Torino 4:1
Qol
: Afriyie, 27. Briqi, 65. Di Lorenso, 70. Kaputo, 88 – Falke, 56.

Parma – Fiorentina 1:0
Qol
: Jerson, 80-öz qapısına.

Milan – Frozinone 2:0
Qol
: Pyontek, 57. Suso, 66.

Yuventus – Atalanta 1:1
Qol
: Mandzukiç, 80 – İliçiç, 33.

Napoli – İnter 4:1
Qol
: Zelinski, 16. Mertens, 61. Ruis, 71; 78 – İkardi, 81-pen.

20 may

Latsio – Bolonya 3:3
Qol
: Korrea, 14. Bastos, 59. Milinkoviç-Saviç, 80 – Poli, 50. Destro, 51. Orsolini, 63.

Bombardir: Fabio Kvalyarella (Sampdoriya) – 26 qol.