“Tottenhem” Ndombeleni İtaliya klubuna verməyə razılaşdı

“Napoli” “Tottenhem”in yarımmüdafiəçisi Tanquy Ndombele üçün icarə şərtlərini razılaşdırıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Neapol klubu 25 yaşlı fransalı futbolçunun icarəsi üçün 1 milyon avro və maaşının əsas hissəsini ödəyəcək. Həmçinin, “Napoli” 2023-cü ilin iyununda oyunçunu 30 milyon avroya almaq hüququna sahib olacaq.

Ndombele tezliklə “Napoli”dən PSJ-yə keçəcək Fabian Ruizi əvəz edəcək.

Ndombele Fransa yığmasının heyətində 15 matçda 1 qol vurub, 2 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button