Ona 1 qol lazımdır

“Napoli” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Barselona” ilə qollu bərabərə qalıb – 1:1.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada Neapol təmsilçisinin yeganə qolunu vuran Dris Mertens klubun tarixinə düşüb. Belə ki, belçikalı hücumçu “Napoli”nin heyətində 121-ci qolunu vurub. Mertens qol sayında “Napoli” tarixinin bombardiri olan Marek Hamşikə çatıb.

Mertens bundan sonra bir qol vuracağı təqdirdə, “Napoli” tarixinin bombardiri ünvanını əldə edəcək.

Hamşik hazırda Çinin “Dalyan İfan” klubunda çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button