“Salanın ölümündə bütün məsuliyyət “Kardiff Siti” klubundadır”

“Nant” klubunun prezidenti Valdemar Kita mərhum futbolçu Emiliano Sala haqqında açıqlama verib.

Komanda.az xəbər verir ki, Fransanın “LEquipe” nəşrinə danışan Valdemar, Salanın ölümünün məsuliyyətinin “Kardiff Siti”də olduğunu deyib:

“Unutmayın, Sala “Nant”dan ayrıldığı üçün çox xoşbəxt idi. Bunu kluba qayıdanda hər kəsə deyirdi. Onu biz göndərmədik. İnsanları buna inandırmaqdan əl çəkməliyik. Salanın ölümündə bütün məsuliyyət “Kardiff Siti” klubundadır, bizdə deyil”.

Sala “Nant”dan “Kardiff Siti”yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Lakin yanvarın 21-də pilot David İbbotsonun idarə etdiyi ABŞ istehsalı olan “Piper-P46 Malibu” markalı təyyarə La-Manş boğazında radardan itmişdi. Daha sonra Salanın cəsədi qəzaya uğrayan təyyarənin dağıntıları arasında tapılıb.