Nani MLS klubundan ayrıldı – özü açıqladı

Portuqaliyalı futbolçu Luiş Nani Amerikada formasını geyindiyi “Orlando Siti” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, Nani MLS klubundan ayrıldığını özü açıqlayıb. O, sosial media hesabında üç mövsüm formasını geyindiyi “Orlando Siti”ylə vidalaşdığını yazıb.

Nani karyerası ərzində “Mançester Yunayted”, “Valensiya”, “Fənərbaxça” kimi klublarda çıxış edib.