“Namik Ələskərov bizdən biridir” – Tamer Tuna

Türkiyənin “Bursaspor” komandasının baş məşqçisi Tamer Tuna bəzi legionerlərin maliyyə problemlərinə görə klubdan ayrılmasına münasibət bildirib.

Komanda.az xəbər verir ki, o, Azərbaycan yığmasının yarımmüdafiəçisi Namik Ələskərovun digər legionerlərdən fərqli, komandada qalmasına da toxunub:

“Komandalarda tez-tez əcnəbi futbolçularla bağlı problemlər olur. Hazırda düşərgədə olan üç əcnəbi oyunçu komandaya can yandırır. Namik Ələskərov onsuz da bizdən biri kimidir. Amma Nikolas Salasar və Reagi Ofosunun ortaya xarakter qoyub komandanı sahiblənməsi mənim üçün çox önəmlidir. Xüsusilə, çətin dönəmdə və toplanışda bu futbolçuların komanda yoldaşlarına motivasiya vermələri bizi gücləndirir. Onların heç biri əcnəbi kimi davranmır”.

Ötən ilin avqustunda “Bursaspor”a transfer olmuş Namik Ələskərov 1-ci liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button