“Keşlə”nin milli komandada rekordçu olan futbolçusu

“Keşlə”nin qapıçısı Stanislav Namaşko Moldova millisinin heyətində ən çox oyun keçirmiş qolkiperdir.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son dəfə 2017-ci ildə Gürcüstan millisi ilə qarşılaşmada meydanda olan qapıçı Moldova millisində 45 oyun keçirib.

Həmçinin, qapıçı bu oyunların 14-də qapısını toxunulmaz saxlayıb ki, bu da milli komandanın tarixində rekord sayılır.

Stanislav Namaşko Moldova yığmasının heyətində rəsmi oyunlarda 3 dəfə penalti dəf edərək, bu göstəricidə birincidir.

Namaşko 2019-cu ildən “Keşlə”nin şərəfini qoruyur. O, bu mövsüm “Keşlə”nin Azərbaycan Premyer Liqası çərçivəsində keçirdiyi bütün qarşılaşmalarda forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button