Nailxan Nəbiyev DÇ-də 3-cü oldu

Tailandın Patitaya şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatı davam edir.

Komanda.az xəbər verir ki, kişilər arasında 85-ci, qadınlar arasında 28-ci dünya çempionatında 105 ölkədən 734 atlet (395 kişi və 339 qadın) mübarizə aparır ki, onların arasında Azərbaycan yığmasının 3 üzvü də var.

Bu gün onlardan sonuncusu – Nailxan Nəbiyev 96 kq çəki dərəcəsinin D qrupunda mübarizəyə qoşulub.

İdmançımız toplam 338 kq (147+191) nəticə ilə bu qrupda 3-cü yeri tutub. Nəbiyevin yekun sıralamadakı yeri C, B və A qrupundakı mübarizə başa çatandan sonra məlum olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button