Nailxan Nəbiyev Dohada 9-cu oldu

Qətərin paytaxtı Dohada keçirilən ağır atletika üzrə 6-cı Qətər Beynəlxalq Kuboku davam edir.

Komanda.az xəbər verir ki, Tokio 2020 Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda Azərbaycan yığmasının üzvləri də iştirak edirlər.

Bu gün onlardan daha biri – Nailxan Nəbiyev körpücük üzərinə çıxıb. O, 96 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz toplam 330 kq (145+185) nəticə ilə yekun sıralamada 9-cu yeri tutub.