Nağıyevli “Dinamo-Avto” evdə uduzdu

Futbol üzrə Moldova çempionatında 15-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Şerif”lə qarşılaşıb. Nağıyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib. Cari mövsümdə bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.

15 turdan sonra 19 xalı olan “Dinamo-Avto” 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.