“Nəticəyə baxmayaraq, yaxşı oyun göstərdik” – De Byazi

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis, 0:3 hesabı ilə uduzduqları oyundan sonra bunları söyləyib:

“Nəticəyə baxmayaraq, yaxşı oyun göstərdik. Birinci hissədə erkən qol buraxdıq. Bu, bizə təsir etdi. İlk yarıda 0:2 hesabı ilə geridə olsaq da, rəqibdən yaxşı oynadıq”.

İtaliyalı mütəxəssis, FİFA reytinqində 55-ci pillədə yer alan komandaya qarşı oynadıqlarını xatırladıb:

“Biz 117-ci sıradayıq. Amma oyun baxımından çox böyük fərq görünmürdü. Fərq sadəcə qollarda idi”.

65 yaşlı baş məşqçi, bütün futbolçuların klublardakı çıxışlarını izlədiyini sözərinə əlavə edib:

“Onların oyunlarını izlədikdən sonra çağırmışdıq. Oyunçular klublarında daha çox hazırlıq keçirlər. Biz 28 məşqi 3-4 təlim-məşq toplanışında etmişik”.

De Byazi üç gün sonra Serbiyaya qarşı görüşdə bütün ürəklərini ortaya qoymağa çalışacaqlarını deyib:

“Rəqibə hörmətlə yanaşmaq lazımdır. Biz də orda uğurlu mübarizə aparmağa çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button